AZ

Rusiya bütün gücü ilə HÜCUMA KEÇDİ - 700 dron və 50 RAKET ATDI

Dünən saat 18:00-dan başlayaraq, gecə ərzində Rusiya ordusu Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə kütləvi zərbələr endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, hücumun əsas hədəfi paytaxt Kiyev şəhəri olub.

Ümumilikdə düşmən tərəfindən 56 raket və 675 PUA-nın buraxıldığı qeydə alınıb. Hücum zamanı 3 ədəd "X-47 Kinjal" aeroballistik raketi, 18 ədəd "İskəndər-M"/S-400 ballistik raketi, 35 ədəd "X-101" qanadlı raketi və 675 müxtəlif tipli PUA istifadə edilib.

Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən ümumilikdə 693 hədəf məhv edilib və ya fəaliyyəti dayandırılıb. Bunlardan 29-u "X-101" qanadlı raketi, 12-si "İskəndər-M"/S-400 ballistik raketi, 652-si isə PUA-lardır.

Məlumata görə, 24 fərqli məkanda 15 raket və 23 zərbə PUA-sının hədəfə çatdığı, daha 18 nöqtədə isə vurulan PUA qalıqlarının yerə düşdüyü bildirilir. Hazırda Ukrayna hava məkanına yeni PUA qrupları daxil olub və hava hücumu təhlükəsi davam edir.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr