ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Alman nəhəngi “Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb.
Banco.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Belə ki, şirkət Berlində yerləşən bütün avtosalonlarını “Alpha Auto Group” şirkətinin rəhbəri, kanadalı sahibkar Kuldip Billaya satıb.
Nəşr bildirir ki, “Mercedes-Benz” digər şəhərlərdə — Hamburq, Münxen və Reyn-Rur bölgəsində yerləşən diler mərkəzlərini də satmağı planlaşdırır.
Bu isə ümumilikdə 8 minədək iş yerinin risk altına düşməsi ilə nəticələnə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.