AZ

Pekində dünyanı maraqlandıran görüş Si Cinpin Trampı belə qarşıladı KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.

KONKRET.az yenisabahaz-a istinadən xəbər verir ki, liderlər ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.

Danışıqlar Böyük Xalq Yığıncaqları Zalında keçirilib.

Görüşə “Tesla” və “Apple” də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də qatılıb.

Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.

D.Tramp Si Cinpinlə danışıqların əvvəlində iki ölkə arasındakı münasibətlərdə bəzən çətinliklərin yarandığını, lakin onların qısa zamanda həll olunduğunu etiraf edib. O, bu açıqlamanı Pekindəki Böyük Xalq Zalında verib.

“Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Bizim fantastik münasibətlərimiz var idi. Biz yola gedirdik və çətinliklər yarandıqda onları həll edirdik. İnsanlar bunu bilmir, amma problemimiz olanda onu çox tez həll edirdik”, – o əlavə edib.

D.Tramp Pekindəki Xalq Yığıncaqları Zalında Çin Sədri Si Cinpinlə danışıqlar zamanı Vaşinqtonun Çinlə ticarəti qarşılıqlı prinsip əsasında aparmaq niyyətində olduğunu bildirib. Tramp bu barədə görüşün əvvəlində deyib.

Birləşmiş Ştatlar lideri qeyd edib ki, Çinə səfər edən nümayəndə heyətinin tərkibinə Amerikanın iri şirkətlərinin rəhbərləri də daxildir.

“Dünyanın ən yaxşı 30 şirkətinə müraciət etdik. Onlar sizə və Çinə hörmət göstərmək üçün buradadırlar, ticarət etməyə və bizneslə məşğul olmağa can atırlar”, – o deyib.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, danışıqlardan əhəmiyyətli nəticələr gözləyir.

Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib ki, Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər.

“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək”, – Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.

Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.

BMT-nin rəsmi nümayəndəsinin müavini Fərhan Haq brifinqdə ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfərini şərh edərkən bildirib ki, BMT ABŞ və Çin arasındakı ali səviyyəli dialoqu alqışlayır və ümid edir ki, iki ölkənin liderləri qarşıdan gələn şəxsi görüşdən fikir ayrılıqlarını həll etmək üçün istifadə edəcəklər.

“Biz ABŞ və Çin kimi iki mühüm ölkə arasındakı istənilən dialoqu yüksək qiymətləndiririk və istərdik ki, onlar özlərinin hər hansı fikir ayrılıqlarını həll etmək üçün belə məqamlardan istifadə etsinlər”, – F.Haq bildirib.

Qeyd edək ki, mayın 15-dək Çində olacaq D.Trampın səfərinin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ-İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
47
konkret.az

10Mənbələr