AZ

Cavid Vəliyev: Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanla sülhdən asılıdır

BAKI, 14 may. TELEQRAF

Ermənistandakı revanşist qüvvələr hələ də regiondakı siyasi reallıqların dəyişəcəyinə ümid edirlər. Lakin bu cür gözləntilər Azərbaycanın həm hərbi, həm də diplomatik mövqeyini daha da gücləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev bu gün keçirilən “Cənab Prezidentin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masada bildirib.

C.Vəliyev Türkiyə-Ermənistan münasibətlərindəki mövcud duruma toxunaraq deyib ki, Ankara bu prosesdə Azərbaycanın maraqlarını ön planda tutur:

"Ermənistan tərəfi Türkiyə ilə sərhədlərin açılmasını çox istəsə də, rəsmi Ankara bu məsələdə qəti mövqe nümayiş etdirir. Türkiyə rəhbərliyi, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, bu proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması real görünmür”.

Seçilən
36
teleqraf.com

1Mənbələr