AZ

Mətin Məmmədli: Azərbaycanın regional prioritetini sülh təşkil edir

Azərbaycanın regional prioritetini sülh təşkil edir.

"Far.Az" xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada deyib.

"Regionda sülh reallığını yaradan, şübhəsiz, Azərbaycandır. Vaşinqton sammitindən sonra sülh prosesində biz ciddi dinamikanın şahidiyik, eyni zamanda, müəyyən risk və təhdidlər mövcuddur", - o qeyd edib.

M.Məmmədli vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər postmünaqişə dövründə Azərbaycanın strateji baxışlarını ehtiva edir.

O, Ermənistandakı parlament seçkilərinə toxunaraq orada revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə sülh prosesinin təhlükə altına düşə biləcəyini də istisna etməyib.

Seçilən
3
far.az

1Mənbələr