Ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, sözügedən komanda səfərdə “Çinçinnati” ilə qarşılaşıb. 8 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 5:3.
"İnter Mayimi"nin 2 qolunu Messi vurub. O, 24 və 55-ci dəqiqələrdə fərqlənib.
“İnter Mayami” 13 turdan sonra Şərq Konfransında 25 xalla 2-ci sıradadır.