AZ

Vin Dizelin Pol Uokerin qızı ilə təsirli anları 4 dəqiqə ayaqda alqışlandılar

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Kann festivalında duyğulu anlar yaşanıb.

Axşam.az xəbər verir ki, məşhur aktyor Vin Dizel "Forsaj" ("Sürət və Qəzəb" - "The Fast and the Furious") filminin xüsusi nümayişinin sonunda göz yaşlarını saxlaya bilməyib.

25 il sonra bu məşhur filminin festival tərəfindən nümayişə daxil edilməsi aktyoru təsirləndirib. Dizel nitqi zamanı mərhum həmkarı Pol Uokerlə olan yaxın dostluğundan bəhs etməyi də unutmayıb.

Tədbirdə filmin digər ulduzları Cordan Bryuster və Mişel Rodrigez, həmçinin Pol Uokerin 27 yaşlı qızı Medou da iştirak edib. Dizelin Medounu qucaqlamasının ardından zaldakılar göz yaşlarını saxlaya bilməyib və onları 4 dəqiqə ayaqüstü alqışlayıblar.

“Bu filmi izləmək mənim üçün çox çətindir, çünki orada elə anlar var ki, indi onları tamam başqa cür hiss edirəm. Bir dəfə Pol mənə 1 yaşlı qızının olduğunu demişdi. Bayaq qızı mənə 27 yaşındayam və atamın da 27 yaşında çəkildiyi filmi izləyirəm deməsi mənə çox təsir etdi. Medou Pol üçün böyük güc mənbəyi idi və əminəm ki, atası onunla fəxr edərdi" deyə, Dizel bildirib.

Qeyd edək ki, P.Uoker 2013-cü ildə avtomobil qəzasında həlak olub. "Forsaj-7" filmində aktyorun yarım qalan səhnələri vizual effektlər, arxiv görüntülər və qardaşları Kaleb və Kodi Uokerlərin köməyi ilə qismən bərpa edilərək tamamlanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
axsam.az

1Mənbələr