AZ

Trampla danışıqdan əvvəl 3 dəqiqə ÇIXIŞ ETDİ

Çin Prezidenti Si Tzinpinin 14 mayda ABŞ Prezidenti Donald Trampla danışıqlara başlamazdan əvvəl etdiyi çıxış üç dəqiqə davam edib.

“Cebheinfo.az” xəbər verir ki, çıxışı zamanı Si Cinpin ölkələr arasında əməkdaşlıqla bağlı bir çox vacib məsələləri vurğulayıb. Prezidentin sözlərinə görə, Çin və ABŞ ortaq rifah və uğura nail olmaq üçün rəqabət deyil, tərəfdaşlıq inkişaf etdirməlidirlər. O əlavə edib ki, 2026-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyini qeyd edir.

Si Tzinpin, həmçinin ölkələr arasında qarşılıqlı faydalı ticarət tərəfdaşlığının vacibliyini qeyd edib.

Çin Prezidenti ticarət danışıqlarında əldə edilən nəticələri də təsdiqləyib. O, müzakirələrin bərabər əsasda qurulmasının yeganə düzgün seçim olduğunu vurğulayıb.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr