AZ

“Trampın Çinə səfərinin ABŞ-İran qarşıdurmasına heç bir təsiri olmayacaq...”-MÜSAHİBƏ

“ABŞ Hörmüzü blokada saxlamaqla bütün rəqiblərini gücdən salır. O ki qaldı İrana, onun geo-siyasi  vəziyyəti o qədər uğurludur ki, regionun ən aparıcı və təzyiq edici gücünə  çevrilməkdədir...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə ABŞ prezidentinin Çinə səfəri, bu səfərin ABŞ-İrana qarşıdurmasına mümkün təsirləri, Hörmüz boğazında yaranmış region və dünyada baş verənlərin mahiyyəti və perspektivi haqda danışdıq.
 
-Sizcə, Trampın Çin səfəri ABŞ-İran qarşıdurmasına həlledici təsir göstərə biləcəkmi?
 
-Trampın Çinə səfərinin  ABŞ-İran qarşıdurmasına heç bir təsiri olmayacaq. Çin necə İrana kömək edib, eləcə də edəcək. Əgər düşünürsünüz ki, ABŞ liderinin Çinə səfəri bu qarşıdurmanı dayandırmaq üçündür, səhvə yol verirsiniz. Körfəz müharibəsi, əksinə, ABŞ-ın iqtisadi marağındadır, neftin qazın qiyməti qalxıb və Avropa İttifaqı  Amerikadan tam asılı vəziyyətə salınıb. ABŞ Hörmüzü blokada saxlamaqla bütün rəqiblərini gücdən salır. O ki qaldı İrana, onun geo-siyasi  vəziyyəti o qədər uğurludur ki, regionun ən aparıcı və təzyiq edici gücünə  çevrilməkdədir. Çin isə İranın geo-siyasi müttəfiqi deyil, odur ki, onun İrana təsir edəcəyinə inanmaq olmaz...
 
İran rəhbərliyi bu saat Azərbaycan prezidenti İlham Əliyevin Qarabağı azad etmək üçün yürütdüyü siyasəti yeridir. Lazımi anda lazımi addımı artır və elə həddə çatmışdır ki, Hörmüz ətrafında olan istədiyi ölkəyə qarşı aqrersiyaya da keçə bilər. Çinin lideri boş-boşuna İranı ən güclü dövlətə çevrildiyini ifadə etmir.
Hər bir halda İranla ABŞ arasında qarşıdurmasının olması da Çinin  iqtisadi marağındadır. Odur ki, Trampın Çin lideri ilə görüşünün İran ətrafında tam sabitlik yaranmasına nəsə verəcəyini düşünmək olmaz...  
   
-Deməli, hesab edirsiz ki, bu səfərdən sonra ABŞ liderinin İrana qarşı bir sıra güzəştlərə gedib qarşıdurmanı dayandırması mümkün deyil?
 
-Bu səfərdən sonra Tramp İrana qarşı heç bir güzəştə getməyəcək, əksinə, elə edəcək ki, neft-qaz daşıyan gəmilər Hörmüz körfəzindən çıxmasınlar və neftin-qazın qiyməti qalxmaqda davam etsin. Dərinə getsək, bu elə bizim Azərbaycanın da xeyrinədir. Biz neft-qaz satan ölkəyik, qiymətlərin qalxması bizim xeyrimizədir...
 
-Müsahibələrinizin birində demişdiniz ki, Cənubi Qafqazın taleyi Hörmüz boğazında həll olunur. Qeyri-iradi belə sual yaranır ki, biz hara, Hömüz hara? Sizdən bu tezisinizin nə ilə əlaqəli olduğunu izah etməyinizi xahiş edirik.
 
-Təbii sualdır. Əlavə edib, deyərdik: Hörmüzdə təkcə Cənubi Qafqazın deyil, bütün dünyanın taleyi həll olunur. Əvvəlcədən deyək: ABŞ/İsrail-İran müharibəsi dünyanın iqtisadi xəritəsini elə dəyişdirir ki, yüksək gücə malik olan ölkələr əgər bununla razılaşmasalar, müharibənin sərhədləri dəyişəcək. Odur ki, ağlı başında olan analitiklər dünyanın 3-cü dünya müharibəsinə sürükləndirildiyini proqnoz verirlər və haqlıdırlar...
 
ABŞ/İsrail-İran müharibəsi Hömüz körfəzindən 20% asılı olan ölkələrin iqtisadiyyatına ən ciddi zərər vurmaqdadır. Aydındır ki, müharibə sülh yolu ilə  həll olunmasa, bu ölkələrdə inflyasiya tüğyan edəcək, qiymətlər qalxacaq, əhalinin vəziyyəti ağırlaşacaq.
 
Əlbəttə ki, indiki dövrdə körfəzdəki müharibəni ABŞ diktə edir, odur ki, bu müharibənin iqtisadi  səbəblərini bilməsək, onun haçan qurtaracağını müəyyən edə bilmərik. Bununla belə, onu da qeyd etməliyik ki, dünyada gedən geo-siyasi prosesləri anlamaq üçün onlara yaxın məsafədən deyil, uzaqdan baxmaq lazımdır. Belə olduğu halda baş vermiş hadisələrin mahiyyətini o saat anlayırsan...
 
-Elementar bir sual: Hörmüz körfəzində baş verən hadisələrin arxasında nə durur və bu çox dərin konfliktə keçə bilərmi? 
 
-Bu sualın cavabını Hörmüzün bağlı qalmasının ABŞ-ın hansı iqtisadi marağından irəli gəlməsində axtarmaq lazımdır. Son silahlı toqquşmalarının arxasında hansı iqtisadi marağın durduğunu bilməsək və bu hadisələrə düzgün qiymət verməsək, bütün proqnozlarımız düzgün çıxa  bilməz.
Hər şeydən əvvəl biz ABŞ-ın Yaxın Şərqdən, İrandan və indi Hörməz körfəzindən nə istədiyini dəqiqləşdirməliyik. 
Bunun səbəbinin İranın uranın zənginləşdirməsini düşünmək gülüncdür. İran İslam Respublikası yaranan gündən bu amil ABŞ prezidentlərinin əlində bəhanədir. Həqiqət isə başqadır. Tramp hakimiyyətə gəldiyi andan, ABŞ liberalizmdən uzaqlaşıb, nyu proteksionizm siyasətinə əl atıb...
 
(Davamı var)
 
Seçilən
15
1
moderator.az

2Mənbələr