Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti 350 ünvanında "Ford" markalı yük maşını yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində ərazidə qısa müddətli sıxlıq yaranıb.
Məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar və yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb.
Yaranmış sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi üçün yol polisi əməkdaşları əraziyə cəlb olunaraq nəqliyyat axınını nəzarətə götürüblər.
Hadisə ilə bağlı faktlar araşdırılır.
Eltac


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.