AZ

Zelenskinin ən yaxın adamı HƏBS EDİLDİ, savaş QIZIŞDI:700 dron və 50 RAKET DAĞIDIR! - TV Musavat

Kiyevdə məhkəmə Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş aparat rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib. Qərar korrupsiya və çirkli pulların yuyulması işi üzrə keçirilən məhkəmə iclasında elan olunub.

Publika.az xəbər verir ki, proses “Novosti.live” telekanalının canlı yayımında nümayiş etdirilib.

Məlumata görə, prokurorluq Yermakı elit tikinti layihələri vasitəsilə milyonlarla dolların leqallaşdırılmasında ittiham edir. Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Bürosu onun böyük maliyyə sxemində iştirak etdiyini iddia edir.

Beləliklə, Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Yermakı 60 gün müddətinə həbs etdi. Ona həmçinin 140 milyon qrivna (təxminən 23,5 milyon rubl) girov şəklində alternativ qətimkan tədbiri seçildi.

Yermak isə ittihamları qəbul etməyərək günahsız olduğunu bildirib.

Qeyd edək ki, Andrey Yermak uzun müddət Zelenskinin ən yaxın siyasi fiqurlarından biri hesab olunurdu və Ukrayna hakimiyyətində mühüm təsir imkanlarına malik idi.

Dünən saat 18:00-dan başlayaraq, gecə ərzində Rusiya ordusu Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə kütləvi zərbələr endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, hücumun əsas hədəfi paytaxt Kiyev şəhəri olub.

Ümumilikdə Rusiya tərəfindən 56 raket və 675 PUA-nın buraxıldığı qeydə alınıb. Hücum zamanı 3 ədəd "X-47 Kinjal" aeroballistik raketi, 18 ədəd "İskəndər-M"/S-400 ballistik raketi, 35 ədəd "X-101" qanadlı raketi və 675 müxtəlif tipli PUA istifadə edilib.

Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən ümumilikdə 693 hədəf məhv edilib və ya fəaliyyəti dayandırılıb. Bunlardan 29-u "X-101" qanadlı raketi, 12-si

"İskəndər-M"/S-400 ballistik raketi, 652-si isə PUA-lardır.

Məlumata görə, 24 fərqli məkanda 15 raket və 23 zərbə PUA-sının hədəfə çatdığı, daha 18 nöqtədə isə vurulan PUA qalıqlarının yerə düşdüyü bildirilir. Hazırda Ukrayna hava məkanına yeni PUA qrupları daxil olub və hava hücumu təhlükəsi davam edir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
47
musavat.com

1Mənbələr