AZ

Trampın fəndi boşa çıxdı-Si Cinpin ABŞ liderini belə sarsıtdı

Pekində dünya nəhəngləri arasında keçirilən görüş siyasi müzakirələrlə yanaşı, həm də liderlərin bədən dili savaşı ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün məşhur və rəqiblərini müvazinətdən çıxaran güclü əl sıxma fəndini Çin lideri Si Cinpin üzərində sınaqdan keçirməyə çalışıb.

Adətən həmsöhbətlərini qəfil özünə tərəf çəkərək dominantlıq nümayiş etdirən Trampın bu taktikası bu dəfə ciddi müqavimətlə rastlaşıb. Şahidlərin və kameraların qeydə aldığı görüntülərə görə, Si Cinpin polad iradə nümayiş etdirərək əlini sanki betonlayıb və amerikalı liderin təşəbbüsü ələ almasına imkan verməyib.

Trampın illərdir rəqiblərinə qarşı istifadə etdiyi alfa-priyomu Çin liderinin sarsılmaz soyuqqanlılığı qarşısında boşa çıxıb. Protokol görüşü zamanı baş verən bu maraqlı anlar dünya mətbuatında iki nəhəngin iradə savaşı kimi qiymətləndirilib.

Hazırda bu kadrlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilib. Siyasi ekspertlər isə bu hadisəni Vaşinqton-Pekin münasibətlərindəki mövcud gərginliyin vizual təzahürü kimi xarakterizə edirlər.



Musavat.com

Seçilən
26
47
musavat.com

10Mənbələr