AZ

Bakıda məktəbli pəncərədən yıxıldı - Araşdırma aparılır

Bakıda yerləşən 175 nömrəli tam orta ümumtəhsil məktəbində X sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, hadisə mayın 14-də baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məlumata görə, məsələ ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

Qeyd olunub ki, məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə də söhbətlər aparılır.

 

Seçilən
16
40
redaktor.az

10Mənbələr