AZ

Qardabanidə baş verən qəzada 5 nəfər həyatını itirib

Tbilisi, 14 may, SZƏRTAC

Bu gün Gürcüstanın Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində, Qardabani-Rustavi mərkəzi yolunda yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, “BMW X5” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 6 nəfərdən 5-i hadisə yerində dünyasını dəyişib, 1-i xəstəxanaya aparılıb.

İlik olaraq, qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Halların İdarəolunması Xidmətinin xilasediciləri və təcili yardım briqadaları cəlb edilib.

Hazırda hadisənin baş verdiyi yol bağlıdır.

Faktla bağlı araşdırma aparılır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
26
1
azertag.az

2Mənbələr