AZ

İlk tramvay Bakıya nə vaxt qayıdacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın nəqliyyat sistemində illərdir gözlənilən böyük qayıdış üçün hüquqi baza yaradılıb.

Bakı küçələrində yenidən tramvay xətlərinin çəkilməsi və bu prosesin idarə edilməsi konkret bir quruma həvalə olunub.

Ölkə başçısının imzaladığı yeni fərmanla "Bakı Metropoliteni" QSC-nin səlahiyyətləri genişləndirilib.

Artıq bu qurum təkcə metro deyil, həm də tramvay nəqliyyatının təşkili, layihələndirilməsi və tikintisi ilə məşğul olacaq.

Beləliklə, Bakıda tramvay xətlərinin bərpası rəsmən bu qurumun nəzarətinə keçdi.Yəni Bakıda tramvayların yenidən işə düşməsi, xətlərin çəkilməsi və bu nəqliyyatın idarə edilməsi artıq rəsmən "Bakı Metropoliteni"nə tapşırıldı.

Bakıda ilk tramvay xəttinin çəkilişi nə vaxta nəzərdə tutulur?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən “Cebheinfo.az”-a bildirilib ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı şəhərində tramvay xəttinin bərpası ilə bağlı xüsusi maddələr qeyd olunub:

“İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə müxtəlif alternativ bir-neçə variant müzakirə olunaraq, tramvayın çəkilməsi planlaşdırılır.

Əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi ilkin perspektivdə nəzərdə tutulur.

Qarşıdakı dövrdə Bakı tramvayının konseptual planı hazırlanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

tramvay Bakı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr