AZ

“İnsan alveri qurbanı olmamaq” mövzusunda maarifləndirici tədbir keçirilib

13.05.2026-cı il tarixdə İAQMBİ və İAQMQHTK-nın birgə təşkilatçılığı ilə Abşeron rayonu, Binə Peşə Təhsil Liseyinin tələbələri ilə “İnsan alveri qurbanı olmamaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdə İdarənin əməkdaşı Polis kapitanı Rövşən Əliyev, Koalisiyanın üzvləri Rüxsarə Axundova və Zülfiyyə Nuriyeva iştirak etmişlər. İlk çıxışda Rövşən Əliyev insan alverinin təhlükələri barədə məlumat vermiş, daha sonra koalisiya üzvləri çıxış etmişlər.

Tələbələrə maarifləndirici bukletlər paylanmış, təhlükə hiss etdikləri hallarda qaynar xəttə müraciət edə biləcəkləri bildirilib. Tədbirin effektivliyini artırmaq məqsədilə “Mələklərin Qurtuluşu” filmi nümayiş olunmuş və film sonrası tələbələrlə müzakirələr aparılmışdır. Sonda xatirə fotosu çəkilmişdir.

Seçilən
34
qht.az

1Mənbələr