Təbii ki, dünyadan və idarəetmədən xəbəri olan, dünyanı idarə etmək üçün bütün siyasi-elmi biliklərə malik, idarəçilik qabiliyyətinin mahiyyətini və fəlsəfəsini dərk edən, müasir idarəetmə metodologiyasını dərindən bilən siyasətçilər də bu gün dünyada varlar. Fikir verirsinizsə, sanki dünya bu cəhətdən də qütbləşib: sivil dünyagörüşünü qəbul edən, sivil cəmiyyət toplumunun bəşəriyyətə töhfəsini anlayan, cəmiyyətdə sabitliyin inkişafını sürətləndirməyin vacibliyini dərk edən, xaosun neqativ fəsadlarını və zərərli olduğunu bilən siyasi liderlər idarə etdikləri dünyadan tam xəbərdardırlar.Digər siyasətçilər isə reallıq hissini itirmiş, hadisələri düzgün idarə etməyi bacarmayan, ikiüzlü siyasət yürütməyə meyl edən və bu ikiüzlülüyün yeganə çarə olduğuna özünü inandıran şəxslərdir. Onlar dünyanı xaosa sürükləməyə çalışan təbəqələrin bir tərkib hissəsidir. Keçmiş tarixə, həmin ölkələrin yarandığı gündən bu yana keçdikləri siyasi yola nəzər saldıqda mövcud mənzərə insanların hər şeyi aydın şəkildə anlaması üçün kifayət edir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31