AZ

Trampın mühafizəçisi ABŞ və Çin arasında mübahisəyə səbəb oldu

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ağ Ev prezidenti Donald Trampın mətbuat konfransı ABŞ Məxfi Xidmət agentinin əlində silah olması ilə bağlı mübahisə səbəbindən təxirə salınıb.

Gununsesi.info bu barədə “The New York Times” qəzetinin verdiyi məlumata istinadən xəbər verir.

Nəşr bildirib ki, Çin təhlükəsizlik rəsmiləri jurnalistləri Cənnət Məbədinin ərazisinə silahla müşayiət edən Gizli Xidmət agentinə icazə verməkdən imtina etdikdən sonra, ABŞ prezidentinin mətbuat konfransı təxminən 30 dəqiqə gecikib.

Nəşrin məlumatına görə, Çin Xalq Respublikası və ABŞ rəsmiləri arasında gərgin danışıqlardan sonra kompromis əldə edilib.

Qeyd edək ki, Tramp və Çin prezidenti Si Cinpin mayın 14-də qapalı danışıqlar aparıblar. İki lider Tayvan, ticarət və ABŞ-Çin münasibətlərindəki digər məsələləri müzakirə ediblər. Bu, amerikalı siyasətçinin  2017-ci ildə prezident kimi ilk müddətindən bəri Pekinə ilk səfəri olub.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr