İsveçin Trollhattan şəhərində 1947-ci ildən fəaliyyət göstərən Saab fabriki fəaliyyətini dayandırır.
Day.Az Saab-ın paylaşdığı informasiyaya istinadən xəbər verir ki, son prototiplər və istehsal avadanlıqları satışa çıxarılacaq.
2012-ci ildə iflas edən Saab-ın aktivlərini alan NEVS bütün əməliyyatları dayandırmaq qərarı verib.
Müzayədə 21-30 May tarixlərində fabrikdəki avtomobillər, ehtiyat hissələr və tarixi materiallar satışa çıxarılacaq, ziyarətçilər fabrikə baxa biləcək.