AZ

Böyük Britaniya polisi Londonda keçiriləcək etiraz aksiyaları ilə bağlı təhlükəsizlik tədbirləri görür

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 14 may, AZƏRTAC

Böyük Britaniyanın paytaxtı Londonda mayın 16-da keçiriləcək etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının və nifrət zəminində cinayətlərin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, paytaxt polisi qarşıdurmaların qarşısını almaq üçün 4 mindən çox əməkdaşı xidmətə cəlb etməyi planlaşdırır.

Polis ifrat sağçı nümayişçilərlə Fələstinin tərəfdarı olan aksiyaçılar arasında toqquşma riskinin yüksək olduğunu vurğulayıb, vəziyyətə görə ən yüksək səviyyədə nəzarət tədbirlərinin tətbiq olunacağını açıqlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində ilk dəfə olaraq etiraz aksiyasında canlı üz tanıma kameralarından istifadə ediləcək. Bundan başqa, dronlar vasitəsilə şübhəlilər izləniləcək, zirehli polis maşınları hazır vəziyyətə gətiriləcək və bütün əməkdaşlar xüsusi iğtişaş avadanlıqları ilə təmin olunacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
azertag.az

3Mənbələr