"Mançester Yunayted" rəhbərliyi komandanın müvəqqəti baş məşqçisi Maykl Kerriklə bağlı yekun qərarı bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.
Məlumata görə, artıq digər namizədləri nəzərdən keçirməyən MY bossları Kerrikə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edəcəklər.
44 yaşlı Kerrik yanvarın 13-dən indiki postundadır.
Hazırda 65 xalı olan Mançester komandası İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Birinci yerdə isə 79 xalla "Arsenal" qərarlaşıb.
Nihat