AZ

"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"

Müğənni İzzət Bağırov "Qonaqcanlı" verilişində qonaq olub.

 

Axşam.az xəbər verir ki, ifaçı türkiyəli həmkarı İbrahim Tatlısəs ilə bağlı suala belə münasibət bildirib:

 

"Biznesim yoxdur. İbrahim Tatlıses olmağım mümkün deyil. İkinci belə bir səs dünyaya bundan sonra gəlməyəcək. İbrahim Tatlıses Şərqin ən böyük ifaçısıdır. Bütün müğənnilər arasında ən çox qazanan sənətçidir. Biz onun kimi oxuya bilmərik. Heç onun ayaqqabılarını da geyinə bilmərik. Onun mahnılarını sevib oxuyuruq. İbrahim Tatlıseslə bizim qazancımız buludla torpaq arasındakı fərq kimidir. Bu gün yaşayıramsa, Allaha şükür edirəm. Nəyim varsa, razıyam. Kişinin evində qazan qaynayırsa, o kişidir".

Tarix: 14 May 2026, 13:04   
Seçilən
26
3
pravda.az

4Mənbələr