AZ

Nəzakət Məmmədova:"Redaksiyanın hazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir"



"Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. Redaksiyanın hazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir". Bu fikirləri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nazaket Mammadova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabı və Xatirə Kitabının 17-ci cildinin təqdimat mərasimində bildirib. İradə SARIYEVA
Seçilən
48
baki-xeber.com

1Mənbələr