AZ

Sabunçuda “Nissan” tunelin divarına çırpıldı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 14-də saat 12:05 radələrində baş verib. Hərəkətdə olan “Nissan” markalı minik avtomobili yoldan çıxaraq tunelin divarına çırpılıb.

İlkin ehtimallara əsasən, hadisəyə səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
avtosfer.az

1Mənbələr