Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri təkcə bu ölkədə yox, bütövlükdə regiondakı proseslərin inkişaf xəttini müəyyənləşdirəcək. Bir tərəfdə Nikol Paşinyan, digər tərəfdə Robert Köçəryan və Samvel Karapetyanın “çobanlıq” etmək uğrunda mübarizə apardığı revanşistlər: seçki proqramlarına istinadən onları şərti olaraq, “sülh” və “antisülh” cəbhəsi adlandırmaq olar. Bu cəbhələrin hansı sərfəlidir, yaxud kim qalib gələrsə, hadisələr necə inkişaf edə bilər?
Paşinyanın 7 iyundan sonra da Ermənistana rəhbərliyi davam etdirməsi regional sülh kontekstində Azərbaycanın maraqlarına uyğundur.
- Sülh gündəliyi davam etdiriləcək;
- Seçkidən sonra yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyadan imtina imkanı yaranacaq;
- Bakının tələbləri sırasında yer alan “mövcud konstitusiyanın dəyişdirilməsi” reallaşdıqdan sonra yekun sülh sazişi imzalanacaq;