AZ

Yağış şəhərləri alt-üst etdi

Hindistanın Uttar Pradeş ştatında şiddətli yağış və güclü fırtına səbəbindən həyatını itirənlərin sayı 89-a yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Uttar Pradeş ştatının bir çox bölgəsində təsirini göstərən güclü yağış və fırtına gündəlik həyata mənfi təsirini davam etdirir.

Səlahiyyətli şəxslər fırtına nəticəsində ölənlərin sayının 89-a çatdığını, 53 nəfərin isə yaralandığını açıqlayıb.

Ən çox insan itkisi 21 nəfərin həyatını itirdiyi Prayagraj şəhərində qeydə alınıb. Rəsmilər Bhadohidə 14, Fatehpurda isə 11 nəfərin öldüyünü bildirib.

Həmçinin əlverişsiz hava şəraiti səbəbindən elektrik dirəklərinin və ağacların aşdığı, çox sayda ev və avtomobilin zərər gördüyü qeyd olunub.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr