ain.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) qadın işçilərin xüsusi çəkisi 38,1% təşkil edib. Bu 2024-cü illə müqayisədə 1 faiz bəndi çoxdur. 2023-cü ilin eyni dövründə bu göstərici 34,7% təşkil edirdi.
Banco.az xəbər verir ki, bu barədə bankın "Dayanıqlı maliyyə hesabatı"nda bildirilib.
Hesabata görə, ötən il işə yeni qəbul olunmuş qadınların payı 2024-cü ildəki 38%-dən 40,5%-ə yüksəlib.
Ötən il İdarə Heyətində qadınların payı 16,7%-ə, qadın baş direktorların payı 11,1%-ə, qadın departament direktorlarının payı 25,7%-ə, qadın bölmə/şöbə rəhbərlərinin payı isə 27,6%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.