AZ

Mayis Musayev vəzifədən getdi

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb. 

“Yeni Sabah” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, qurumdakı fəaliyyəti bu gün başa çatıb:

“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim”.  Dominos pizza

Qeyd edək ki, M.Musayev 2021-ci ildən etibarən bu vəzifəni icra edirdi. O, daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb. 

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
13
50
yenisabah.az

10Mənbələr