İyunun 29-da “Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə “Unibank”ın 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təsdiqi, investisiya qiymətli kağızları üzrə illik hesabatın təsdiqi və bankın təşkilati, o cümlədən, idarəetmə strukturu ilə bağlı məsələlərin müzakirəsi daxil edilib.
Yığıncaq bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən baş tutacaq.