AZ

“Əminəm ki, “Neftçi” ciddi nəticələr qazana bilər” Aoi Katsuranın ə AÇIQLAMASI

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Neftçi” 3x3 basketbol üzrə Qadınların Dünya Seriyasının bu mövsümündə heyətini yaponiyalı Aoi Katsura ilə gücləndirib. O, Filippində keçirilən mərhələdə Bakı komandasının heyətində çıxış edib, daha sonra isə 16 mayda Şanxayda start götürəcək növbəti turnirə yollanıb.

İdman.Biz Azərbaycan klubunda necə uyğunlaşdığından danışan Aoi Katsura ilə həmsöhbət olub.

Katsura “Neftçi”nin yarımfinala qədər irəlilədiyi Manila mərhələsində çıxışı ilə bağlı təəssüratlarını bölüşüb:

“Mənim üçün çox vacib və emosional turnir idi. O, xüsusi alındı, çünki istənilən yarışın startında komanda rəsmi matçlarda bir-birini yalnız hiss etməyə başlayır. Filippində əla atmosfer, çoxlu azarkeş və rəqiblərin yüksək səviyyəsi var idi. Şadam ki, ilk dəfə “Neftçi”ni təmsil edə bildim, finala çıxmaq üçün bir addımımız çatmadı”.

Basketbolçu onu Bakıdan gələn təklifi qəbul etməyə nəyin vadar etdiyini də danışıb:

“İndiki komanda yoldaşlarım Dina Ulyanova, Aleksandra Mollenhauer və Brianna Freyzer, həmçinin məşqçi Ratоmir Deliçlə tanış idim. Bir neçə ildir məhz 3x3 basketbol oynayıram və komandanın üslubuna dərhal uyğunlaşdım. Hazırlıq üçün vaxt az olsa da, oyun ritminə kifayət qədər tez daxil oldum. Komanda yoldaşlarım və məşqçilər korpusu mənə kollektivin bir hissəsi kimi hiss etməyim üçün çox kömək etdi. Uzun müddət Yaponiya yığmasında çıxış etməyimə baxmayaraq, həmişə özümü xaricdə sınamaq istəyirdim. “Neftçi” ilə isə məndə belə imkan var”.

Yaponiyalı idmançı klubun perspektivləri barədə də fikrini bildirib:

“Düşünürəm ki, komandanın böyük potensialı var. Biz Manilada xarakter göstərdik və hər epizodda mübarizə aparmağa çalışdıq. Şanxaydakı ikinci mərhələdə də eyni ruhda davam edəcəyik. Əlbəttə, yaxşılaşdırılmalı məqamlar var, amma bu, mövsümün yalnız başlanğıcıdır və qarşıda hələ çox turnir var. “Neftçi” ilə birlikdə irəliləməyə davam etmək, mümkün qədər çox matç qazanmaq və klubu beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm. Əminəm ki, ciddi nəticələr qazana bilərik. Növbəti mərhələlərdə də azarkeşlərin dəstəyinə ümid edirəm, çünki bizi Azərbaycanda Dünya Seriyasının matçları da gözləyir”.

Qeyd edək ki, Şanxayda qrup mərhələsində “Neftçi”nin rəqiblərindən biri Niderlandın “Amsterdam” klubu olacaq. Daha bir rəqib sonradan müəyyənləşəcək.

Zəki Feyzullayev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr