AZ

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 19-da, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

Seçilən
48
far.az

1Mənbələr