AZ

Zelenski: Xersonda BMT missiyasının avtomobilinə dron hücumu olub

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusu Xersonda humanitar missiya zamanı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin avtomobilinə dronlarla iki dəfə hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

Maşında idarənin rəhbəri və təşkilatın daha səkkiz əməkdaşı olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Missiyanın nümayəndələri təxliyə edilib", - o qeyd edib.

Ukrayna Prezidenti qeyd edib ki, hücumlar zamanı xeyli sayda raket və dronu vurmaq mümkün olub.

"Ümumilikdə dronların ələ keçirilmə faizi 93 %-dən çox olub. Təbii ki, bu göstərici daha yüksək olmalıdır. Şübhəsiz ki, ən çətini ballistik raketlərdən müdafiə olunmaqdır. Bu işdə bizə kömək edən hər kəsə təşəkkür edirəm. Bütün bu zərbələrə görə ədalətli cavab veriləcək", - Zelenski vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr