AZ

Məşhur müğənninin cəsarətli libası gündəm oldu - VİDEO

Keçmiş xəbər aparıcısı, hazırda isə müğənni kimi fəaliyyət göstərən Defne Samyeli səhnə performansı və iddialı geyim seçimi ilə yenidən gündəmə gəlib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur ifaçı son konsertində bədən quruluşunu ön plana çıxaran qara krujeva libası ilə səhnəyə çıxıb.

Cəsarətli detalları ilə diqqət çəkən geyim qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Həm səhnə performansı, həm də görünüşü ilə diqqət mərkəzinə çevrilən Defne Samyeli çıxışından görüntüləri sosial media hesabında paylaşaraq “Yaşasın musiqi” qeydi əlavə edib.

Müğənni paylaşımında gecəyə qatılan izləyicilərə və komandasına təşəkkür edib:

“Gözəl gecəmizdən görüntülər... Bütün mahnılarımıza qoşularaq enerjimizi artıran qonaqlara və bizi evdəki kimi hiss etdirən komandama təşəkkür edirəm. Musiqi yaşasın!” – deyə Samyeli bildirib.

Qeyd edək ki, Defne Samyeli son dövrlərdə seçdiyi səhnə geyimləri ilə tez-tez Türkiyə mediasının gündəminə çevrilir.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr