Qardabanidə baş verən və 7 nəfərin həyatına son qoyan qəza ilə bağlı yeni detallar məlum olub.
Redaktor.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, həlak olanlar demək olar ki, hamısı 18 yaşlı gənclər olub.
Ölən şəxslərdən Kamil və Şamil Əliyevlər, eləcə də Əli və Sahil Cəlilovlar qardaş olublar.
***
Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Birlik kəndində ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Avtomobildə olan altı nəfərdən beşi hadisə yerində ölüb. Bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onu da xilas etmək mümkün olmayıb.
Ölənlərin üçü, ikisi qardaş olmaqla, Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olublar.
Onların hamısı azərbaycanlıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyi qəza ilə bağlı araşdırmaya başlayıb.