AZ

Belqoroda hücumlara çağırış edən şəxs Kaluqa bölgəsində tutulub

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Kaluqa vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları onlayn olaraq Belqorod şəhərinə hücumlara çağırış edən yerli sakini saxlayıblar.

Gununsesi.info bu barədə “TASS”- a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, həmin şəxs mesajlaşma yolu ilə Belqoroda raket zərbələri endirilməsini müdafiə edib.

Nəticədə ona qarşı Rusiya Cinayət Məcəlləsinin terrorçuluq fəaliyyətinə çağırışlar və terrorizmin ictimai şəkildə əsaslandırılması ilə bağlı 205.2-ci maddəsi ilə cinayət işi açılıb.

Şübhəli Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları və Milli Qvardiya əməkdaşları tərəfindən saxlanılıb. Onun evində axtarış aparılıb və axtarış zamanı ekstremist ədəbiyyat, sursat və üç silah müsadirə edilib.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
icma.az

1Mənbələr