AZ

Vlahoviç İspaniya yolunda SON DURUM

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç klubunu dəyişməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb. 

Mənbənin məlumatına görə, serbiyalı futbolçunun agentləri onu "Atletiko Madrid"ə təklif ediblər. Paytaxt klubu üçün oyunçunu azad agent kimi pulsuz transfer etmək imkanı cəlbedici görünür.

Vlahoviç 2022-ci ilin yanvar ayından bəri "qoca sinyora"da oynayır və onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir. Hücumçunun bazar dəyəri hazırda 35 milyon avro olaraq qiymətləndirilir.

İtaliya çempionatınıncari mövsümündə Duşan 17 matçda iştirak edib. O, bu matçlarda 5 qol vurub və 1 məhsuldar ötürmənin müəllifi olub.

Mirağa

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
fanat.az

1Mənbələr