Cəbrayılın Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə başlanılıb və işlərin dəyəri 920 min manatdır. Dövlət satınalmalarının vahid internet portalında qeyd olunan məlumata görə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs artıq müvafiq işlərə start verib.
Qurum layihələndirmə işlərinin icrasını Bakı Dövlət Layihə İnstitutuna həvalə edib və bununla bağlı müqavilə bağlayıb. Müqaviləyə əsasən, Horovlu kənd yaşayış məntəqəsinin 2-ci mərhələsi üzrə işlərin ümumi dəyəri 920 min manat təşkil edir.
Mütəxəssislər bildirirlər ki, bu işlər kəndin infrastrukturunun inkişafına və sakinlərin sosial şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan