AZ

Əminəm ki, həmin müqavilə imzalanacaq Mirzoyan Azərbaycanla sülh sazişindən danışdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İrəvan və Ankara arasında dialoq artıq elə bir mərhələyə çatıb ki, istənilən an münasibətlərin tam normallaşması mümkün ola bilər”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir bildirib ki, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır, lakin yaxın gələcəkdə onun açılacağına əminliyini ifadə edib: “Yaxın zamanda elə bir gün gələcək ki, həmin sərhəd açılacaq. Mallar artıq birbaşa idxal ediləcək. Hazırda gömrük baxımından birbaşa ticarət mümkündür, sadəcə fiziki olaraq yük Gürcüstan üzərindən tranzitlə Ermənistana daxil olur”.

Mirzoyan Azərbaycanla sülh sazişi məsələsinə də toxunub. O bildirib ki, artıq Bakı tərəfindən regionda sülhün mövcud olduğu ilə bağlı açıqlamalar verilib: “Azərbaycan tərəfindən belə bir bəyanat var ki, sülh artıq bərqərar olub. Bu, həm avqustun 8-də imzalanmış bəyannamədə Baş nazir Nikol Pashinyan, həm Prezident İlham Aliyev, həm də şahid qismində Prezident Donald Trump tərəfindən təsdiqlənib”.

Jurnalistlərin Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasından sonra sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı suala cavabında Mirzoyan bildirib: “Mən əminəm ki, həmin müqavilə imzalanacaq. Nə vaxt və harada imzalanacağına gəlincə, əvvəllər olduğu kimi indi də deyə bilərəm ki, biz bu barədə elə indi danışmağa hazırıq”.

Bakı isə Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad qaldığı müddətdə sülh sazişini imzalamaqdan imtina edir. Həmin bəyannamədə Dağlıq Qarabağın Ermənistanla birləşməsi barədə qondarma müddəanın yer aldığı və bunun Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirildiyi bildirilir.

Baş nazir Nikol Pashinyan isə daha əvvəl Müstəqillik Bəyannaməsini “münaqişə yaradan sənəd” adlandırmışdı.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
azpolitika.info

1Mənbələr