AZ

Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı

AFFA “Qəbələ"ni 10 min manat cərimələyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna premyer-liqanın 31-ci turunda mayın 9-da keçirilən “Qəbələ” - “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədovun hakimi təhqir etməsi və birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi 10 min manat cərimələnib.

Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması klubu əlavə 2500, meydançaya kənar əşya atılması isə 2000 manat ziyana salıb.

Seçilən
5
1
football-plus.az

2Mənbələr