Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyənin “Qalatasaray” futbol klubunun çempionluq mərasimində dünya şöhrətli müğənni Dua Lipanı səhnəyə çıxarmaq istədiyi bildirilir.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi çempionluq şənliyini dünya miqyasında səs gətirəcək tədbirə çevirməyi planlaşdırır. Bu məqsədlə klubun Dua Lipaya 15 milyon avroluq (30 milyon AZN) təklif etdiyi və sənətçinin bu təklifi qəbul etdiyi irəli sürülür.
“Qalatasaray” azarkeşləri mümkün çıxışın çempionluq mərasiminə böyük maraq yaradacağını bildiriblər.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.