AZ

ABŞ nin İranla barışmaq üçün Çinin köməyinə ehtiyacı yoxdur Rubio

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağ Ev ABŞ-nin İranla münasibətlərin tənzimlənməsi məsələsində Çinin köməyinə ehtiyac duymadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio NBC News telekanalına müsahibəsində bildirib ki, Prezident Donald Trump Pekinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpindən İranla bağlı münaqişənin həlli üçün heç bir yardım istəməyib. Onun sözlərinə görə, ABŞ bu məsələdə kənar vasitəçiliyə ehtiyac duymur.

Mayın 14-də Pekində Donald Tramp ilə Si Cinpin arasında danışıqlar keçirilib. Bu, Trampın son 9 ildə Çinə ilk səfəri olub. Görüşün ilkin olaraq mart ayının sonuna planlaşdırıldığı, lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, eləcə də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar səbəbindən təxirə salındığı bildirilir.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
redaktor.az

2Mənbələr