AZ

"Reanda Azərbaycan" gənclərin inkişafını dəstəkləyən layihə və təşəbbüslərin aktiv iştirakçısına çevrilir - FOTO

Bu gün Xəzər Universitetində keçirilən “Career Fair” tədbiri tələbələrin gələcək karyera yollarını formalaşdırması, peşəkar mühitlə tanış olması və əmək bazarının tələblərini daha yaxından öyrənməsi baxımından mühüm platforma olmuşdur.

Reanda Azərbaycan olaraq bu təşəbbüsdə iştirak etməkdən məmnunluq duyduq.

FED.AZ xəbər verir ki, şirkət gənclərin inkişafına, onların peşəkar bacarıqlarının formalaşmasına və gələcəyin uğurlu mütəxəssisləri kimi yetişməsinə dəstək göstərməyi korporativ dəyərlərin əsas istiqamətlərindən biri hesab edir.

Tələbələrlə keçirilən görüşlər, fikir mübadilələri və karyera imkanları haqqında təqdimatlar bizim üçün də olduqca dəyərli təcrübə oldu. İnanırıq ki, bu kimi tədbirlər universitet–biznes əməkdaşlığının güclənməsinə və gənclərin əmək bazarına daha hazırlıqlı inteqrasiyasına mühüm töhfə verir.

Reanda Azərbaycan gələcəkdə də gənclərin inkişafını dəstəkləyən layihə və təşəbbüslərdə aktiv iştirakını davam etdirəcəkdir.

Seçilən
34
fed.az

1Mənbələr