AZ

İmtahanlara hazırlıq zamanı stressi azaltmağınYOLLARI

Psixoloq Daria Yakuba imtahanlara hazırlıq zamanı stressi azaltmağın yollarından danışıb.

Redaktor.az bu haqda aif.ru-ya istinadla xəbər verir.

Mütəxəssis bildirib ki, bu dövrdə sağlam yuxu rejimi, düzgün qidalanma və fiziki aktivlik xüsusilə vacibdir. Onun sözlərinə görə, hətta sadə gəzintilər belə emosional gərginliyi azaltmağa və məhsuldarlığı qorumağa kömək edir.

Psixoloq qeyd edib ki, gündə ən azı 7-8 saat keyfiyyətli yuxu stressə qarşı davamlılığı artırır.

Daria Yakuba vaxtın düzgün idarə olunması üçün “Pomodoro” texnikasını da tövsiyə edib. Bu üsul 25 dəqiqə çalışma və ardından 5-10 dəqiqə fasilə vermək prinsipi ilə işləyir. Dörd belə mərhələdən sonra isə daha uzun istirahət etmək məsləhət görülür.

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr