AZ

“Unibank”ın səhmdarlarının illik yığıncağı keçiriləcək

İyun ayının 29-da “Unibank Kommersiya Bankı” ASC-nin (VÖEN: 1300017201) ümumi yığıncağı keçiriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək. 

Məlumata görə, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi; 

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi; 

3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.

Seçilən
13
3
fed.az

9Mənbələr