AZ

Hizbullah İsrail tanklarını vurduğunu AÇIQLADI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Şiə Hizbullah qruplaşması Livanın cənubunda İsrail ordusuna qarşı iki əməliyyat keçirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, qrupun teleqram kanalında yayılan məlumata görə, “İslam müqaviməti” bölmələri Əl-Bayada şəhərində İsrail ordusunun mexanikləşdirilmiş patruluna hücum edib və Merkava tankını idarə olunan raketlərlə vurub.

Açıqlamada bildirilib ki, hücum nəticəsində hədəf dəqiq vurulub və İsrail hərbi texnikasına zərbə endirilib.

Məlumata görə, Kfar Kila şəhəri yaxınlığındakı Tell Nahhas sərhəd bölgəsində həyata keçirilən digər əməliyyat zamanı daha bir Merkava tankı zədələnib. Tankın vurulduqdan sonra alovlandığı, heyətin isə təxliyə edildiyi qeyd olunub.

Hizbullah həmçinin bildirib ki, səhər saatlarında Suriyanın Deyr kəndində yerləşən bir evdə mövqe tutan İsrail əsgərlərinə iki dəfə minaatan atəşi açılıb. Qruplaşmanın iddiasına görə, hücum nəticəsində bəzi İsrail hərbçiləri yaralanıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
redaktor.az

2Mənbələr