AZ

Kiyevə hücumda çoxsaylı ölü və yaralılar var

Rusiyanın Kiyevin Darnitski rayonuna hücumu zamanı yaşayış binası dağılıb və dağıntı nəticəsində xeyli ölən və yaralananlar var.

 Ölkə.az xəbər verir ki,  bu barədə Kiyev meri Vitali Kliçko  Telegram kanalında məlumat verib.
"Kiyevdə beş nəfər ölüb. Axtarış-xilasetmə əməliyyatları davam edir", - Kliçko yazıb.

 O əlavə edib ki, ölənlər arasında 12 yaşlı qız da var.  Xilasedicilər onun cəsədini  dağıntılar altında tapıblar, -Kliçki qeyd edib. 

Ukrayna Prezidenti Vladimir Zelenski bildiirb ki, Kiyevdə gecə saatlarında Rusiyanın hücumu nəticəsində artıq beş nəfər ölüb. O, həmçinin paytaxtda təxminən 40 nəfərin yaralandığını qeyd edib.

Zelenski qeyd edir ki, Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir. “10-dan çox insan binanın dağıntıları altında qalmış ola bilər və hazırda itkin düşmüş hesab olunur”, - o qeyd edib.

Mürtəza

Seçilən
56
1
olke.az

2Mənbələr