AZ

Manisada fırtına və dolu həyatı iflic etdi: Yaralananlar var

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyənin Manisa vilayətində baş verən güclü yağış, dolu və fırtına həyat şəraitinə mənfi təsir göstərib.

Bakıvaxtı.az-ın xəbərinə görə, xüsusilə Dəmirçi, Gördes və Salihli rayonlarında qeydə alınan əlverişsiz hava şəraiti nəticəsində təsərrüfat sahələrinə ziyan dəyib, bəzi tikililərin dam örtükləri uçub.

Gördes rayonunda bir binanın damı yola düşdüyündən ərazi nəqliyyat üçün bağlanıb.

Salihlidə həbsxananın damından qopan metal parçalarının dörd məhbusa dəyməsi nəticəsində onlar yüngül xəsarət alıblar.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bakivaxti.az

1Mənbələr