AZ

Gənc qadın vəkilin dediyi sözlər gündəm oldu - VİDEO

Sosial mediada paylaşdığı video ilə diqqət çəkən gənc qadın vəkil məhkəmədə şahidi olduğu boşanma işi barədə danışaraq məişət zorakılığı mövzusunda geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, vəkilin sözlərinə görə, boşanma prosesində iştirak etdiyi işdə qadın həyat yoldaşı evdə olarkən başqa bir şəxsə uyğunsuz şəkillər göndərib. İddiaya əsasən, bunu aşkar edən ər qadına qarşı ağır fiziki zorakılıq tətbiq edib.

Videoda hadisənin hüquqi tərəflərinə də toxunan vəkil xəyanətin heç bir halda fiziki zorakılığa haqq qazandırmadığını vurğulayıb.

“Sadəcə sizə xəyanət etdiyi üçün həyat yoldaşınızı döyə bilməzsiniz”, – deyə vəkil bildirib.

Onun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çox istifadəçi məişət zorakılığına qarşı sərt mövqe nümayiş etdirsə də, bəzi şəxslər xəyanət məsələsi ətrafında fərqli fikirlər səsləndiriblər.

Mövzu xüsusilə sosial mediada ailədaxili zorakılıq və münasibətlərdə hüquqi məsuliyyət məsələlərini yenidən gündəmə gətirib.

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr