AZ

Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - Video

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində park ərazisində aparılan tikinti işləri yerli sakinlərin narazılığına səbəb olub...

Poliqon bizimesr.com portalına itinadən xəbər verir ki, yerli sakinlər parkda fəaliyyət göstərən restoranın genişləndirilməsi zamanı yaşıllıq ərazilərinin məhv edilməsindən narahatdılar.

Sakinlər bildirirlər ki, tikinti işləri zamanı bir sıra ağaclar artıq tikinti sahəsinin ortasında qalıb. Onların sözlərinə görə, həmin ağacların yaxın günlərdə kəsiləcəyi ehtimal olunur ki, bu da parkın yaşıllıq sahəsinin azalmasına gətirib çıxara bilər.

Ərazi sakinləri parkın tədricən biznes obyektinə çevrilməsindən narahat olduqlarını vurğulayaraq, yaşıllıqların qorunması və qanunsuz ağac kəsilməsinin qarşısının alınması üçün aidiyyəti qurumların dərhal tədbir görməsini tələb edirlər.

Bizimesr.com-a danışan Bakıxanov qəsəbə sakinləri Sabunçu rayonunda yaşıllıqlara münasibəti tənqid edərək iddia edirlər ki, “Adil Əliyev Sabunçuda ağac qoymadı, ağaclar restoranlara qurban verilir”. Onların sözlərinə görə, rayonun yaşıllıq zonaları tədricən məhv edilir. Sakinlər bildirirlər ki, yeni əkilən ağacların böyüməsi illər tələb etsə də, hazırda şəhəri oksigenlə təmin edən iri ağacların müxtəlif tikinti və icra qərarlarının qurbanına çevrildiyi göz qabağındadır.

Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən suallarımızı cavablandırmaq istəməyiblər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr