AZ

Çirkli hava insanda bu problemlərə səbəb olur

Hava çirkliliyi yaddaşa və düşünmə sürətinə mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın McMaster Universitetində tədqiqat aparılıb.

Araşdırma çərçivəsində alimlər orta yaşlı təxminən 7 min insanın məlumatlarını təhlil edərək onların koqnitiv göstəricilərini yaşadıqları ərazilərdəki hava çirkliliyi səviyyəsi ilə müqayisə ediblər.

Tədqiqatçılar xüsusilə PM2.5 adlı xırda hissəciklərə və azot dioksidinə diqqət yetiriblər ki, bu maddələr avtomobil qazları, sənaye müəssisələrinin fəaliyyəti və meşə yanğınları nəticəsində yaranır.

Məlum olub ki, daha çox çirklənmiş ərazilərdə yaşayan insanlar yaddaş, məlumatı anlama və düşünmə sürəti testlərində daha zəif nəticə göstəriblər.

Seçilən
37
publika.az

1Mənbələr